Almaniyanın "Henkel" şirkəti Rusiya aktivlərini yerli maliyyə investorlarından ibarət konsorsiuma satmaq barədə müqavilə imzalayıb.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu konsorsiuma “Augment Investments”, “Kismet Capital Group” və “Elbrus Services” daxildir. Qeyd edilir ki, əməliyyatın məbləği 54 milyard rubl təşkil edib.
“Henkel” Rusiyadakı aktivlərini yerli maliyyə investorlarından ibarət konsorsiuma satmaq barədə müqavilə imzalayıb. 2022-ci ilin aprelində “Henkel” Rusiyadakı biznesini satmaq qərarına gəlib”, məlumatda qeyd edilib.
QAZİLER.AZ