Kanadanın Ottava şəhərində naməlum şəxs Rusiya səfirliyinin hasarının üzərinə qırmızı boya töküb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, məlumatı Rusiyanın Kanadadakı səfirliyinin müşaviri Vladimir Proskuryakovun təsdiqləyib.
“Rusofobiyanın daha bir təzahürü bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verib. Üzünü tamamilə örtən maskalı naməlum şəxs səfirliyin hasarının bünövrəsinə qırmızı boya töküb və bununla da Rusiya səfirliyinə xeyli ziyan vurub”, - deyə Proskuryakov bildirib.
QAZİLER.AZ