ABŞ həbsxanasında qaradərili məhbusu böcəklər yedi

ABŞ həbsxanasında qaradərili məhbusu böcəklər yedi backend

ABŞ-ın Atlanta şəhərindəki həbsxanada qaradərili məhbusun böcəklər və taxtabitilər tərəfindən yeyilərək ölməsi ölkədə yaşayan qaradərililərin vəziyyətini ortaya qoyub.

Qaziler.az “Timeturk.com”a istinadla xəbər verir ki, bu barədə “Aydınlık” qəzetinin yazarı Lətif Bolat ABŞ-da hüquq sisteminin qaradərililərə və ispanlara qarşı ədalətsiz davranışlarını dəyərləndirib:

“Dünyanın 10 ən varlı adamından biri olan Ceff Bezos aprelin 14-də Washington Post qəzetində məqalə dərc etsə də, o qədər də reaksiya görməyib. Xəbərin qısa məzmunu belə idi: “ABŞ-ın Atlanta şəhərindəki həbsxanada məhbus kamerasında həşərat və taxtabitilər tərəfindən yeyilərək öldürülüb. Həbsxana sənədlərinə görə, bu həbsxanadakı kameralar o qədər çirkli olub ki, hətta təmizlik işçiləri də özlərini təhlükəli tullantılardan qorumaq üçün xüsusi paltarlar geyinirmişlər. Ölən Lashawn Thompson adlı qaradərili yalnız kiçik cinayətlərə görə həbs olunmuşdu, lakin bu yer onun məzarına çevrildi”.

QAZİLER.AZ

Diaspora