Türkiyədə süni intellekt texnologiyası ilə hazırlanmış robot aparıcılardan istifadə edilməyə başlanılıb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, sosial media hesabı vasitəsilə Türkiyədə hazırlanan texnologiyada diktor son hadisələri və günün önəmli xəbərlərini izləyicilərinə çatdırır.
Türk dilində danışan aparıcı Alexa Türkiyədəki seçki gündəmindən tutmuş son dəqiqə hadisələrinə, iqtisadiyyatdan texnologiyaya qədər bir çox kateqoriyada olan xəbərləri paylaşır.
Alexa-nın hər xəbərdə fərqli geyimlər geyinməsi, makiyajını və saç düzümünü dəyişməsi də diqqətdən qaçmayıb.
QAZİLER.AZ