“SpaceX”in “Starship” raketi uçuşdan 4 dəqiqə sonra partladı - VİDEO

“SpaceX”in “Starship” raketi uçuşdan 4 dəqiqə sonra partladı - VİDEO backend

Tarixin ən böyük və ən güclü raketi olan “SpaceX”in “Starship” raketi bu gün “Starbase” stansiyasından havaya buraxılıb.

İndiyə qədər yaradılmış ən güclü raketə sahib olan kosmik gəmi NASA-nın Ay raketindən təxminən iki dəfə güclüdür. Kosmik gəminin əvvəllər Mars və Aydakı sınaqları uğurla həyata keçib.

Bu dəfə buraxılış onu atmosferdən atacaq raketlə həyata keçirilib. Ümumi hündürlüyü 119 metr olan "Starship"in Yer ətrafında tam dövr etdikdən sonra Havay adaları yaxınlığında planetin atmosferinə yenidən daxil olması gözlənilirdi. Lakin uğurlu buraxılış ardıcıllığı ilə havaya qalxsa da, orbitə çatmamış havada partlayıb.

Starship raketinin sınaq uçuşuna başlamasından 4 dəqiqə sonra partladığı anlar kameraya əks olunub.

Partlayışdan sonra “SpaceX”in sahibi İlon Mask verdiyi açıqlamada komandasını təbrik edib və bir neçə ay sonra keçiriləcək növbəti sınaq uçuşu üçün çox şey öyrəndiyini bildirib.

QAZİLER.AZ

Diaspora