İsrail Almaniyaya "Arrow 3" raketdən müdafiə sistemi sata bilər

İsrail Almaniyaya "Arrow 3" raketdən müdafiə sistemi sata bilər backend

İsrail Almaniyaya Arrow 3 raketdən müdafiə sistemi satmağı düşünür.

Qaziler.az bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir.

İsrail Müdafiə Nazirliyinin sözçüsü Moşe Fatal bildirib ki, raketdən müdafiə sisteminin mümkün satışı mühüm mərhələdir ki, bu da İsrail və Almaniya arasında münasibətlərin möhkəmlənməsi istiqamətində daha bir addımdır.

“Danışıqları başa çatdırmaq və müqaviləni imzalanmağa hazırlamaq üçün hələ qarşıda həftələrlə işimiz var”, - deyə rəsmi əlavə edib.

QAZİLER.AZ

Diaspora