Fransada etirazçılar qatar stansiyasına basqın ediblər

Fransada etirazçılar qatar stansiyasına basqın ediblər backend

Fransada mübahisəli pensiya islahatının əleyhdarları paytaxt Parisdə qatar stansiyalarını bağlamağa başlayıblar.

Qaziler.az bildirir ki, sosial mediada yayılan görüntülərdə çox sayda nümayişçi həmkarlar ittifaqı pankartları ilə Parisdəki Gare du Nord binasına hücum edib.

“Biz işçilərin ləyaqəti və Makron istəməsə də, daha yaxşı bir dünya üçün buradayıq” şüarlarıını səsləndiriblər.

Qeyd edək ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Qanun layihəsini Fransa prezidenti Emmanuel Makron imzalayıb və rəsmi qəzetdə dərc olunub.

Mənbə: AA

 

 

Diaspora