Fransa prezidenti Emmanuel Makronun Çini Ukrayna və Rusiya arasında danışıqlara cəlb etmək cəhdləri bəzi avropalı tərəfdaşlar tərəfindən dəstəklənmir. Bu, müttəfiqlərin birliyinə təhlükə yarada bilər.
Qaziler.az bildirir ki, bu barədə Bloomberg xəbər verir.
Nəşrin yazdığına görə, Makronun Çinə səfəri və onun Si Cinpini müharibənin diplomatik həllinə cəlb etmək cəhdləri bəzi müttəfiqlər tərəfindən tənqid edilib. Bəzi tərəfdaşlar bu cür cəhdi vaxtsız hesab edir və bunun Avropa birliyini poza biləcəyindən qorxurlar.
Makronun strategiyası Ukrayna və Rusiyanın bu yay danışıqlar masasına oturacağını nəzərdə tutur. Fransa liderinin məntiqinə görə, Çin vasitəçilərdən biri kimi çıxış edəcək. Bunun üçün Makronun xarici siyasət üzrə müşaviri Si Cinpinin müşaviri ilə əməkdaşlıq edəcək.
QAZİLER.AZ