"Xerson vilayətinə gedən Putin deyil, oxşarıdır" - Danilov

"Xerson vilayətinə gedən Putin deyil, oxşarıdır" -  Danilov backend

“Xerson və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərinə səfər edən Rusiya diktatoru Vladimir Putin deyil, onun dublyorlarından biri olub”.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu haqda  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov efirdə səsləndirib.

Danilov milli xəbər marafonunun efirində bildirib ki, əsl Putin qorxaq adamdır. ona görə də işğal olunmuş ərazilərə səfər etməklə riskə getməzdi:

"Hər şeydən əvvəl orada Putin yox idi. Bu, məlum məsələdir. Əsl Putinlə ünsiyyət qurmaq üçün ən azı 10-14 gün karantində qalmalısan. Orada Putin yox idi, onun əkizi idi, hansı ki, bir neçə elə bənzəri var - bu artıq hamıya məlum olan bir şeydir”, - Danilov vurğulayıb.

QAZİLER.AZ

Diaspora