Almaniya prezidenti yəhudilərdən üzr istədi

Almaniya prezidenti  yəhudilərdən üzr istədi backend

Almaniya prezidenti Frank-Valter Ştaynmayer İkinci Dünya Müharibəsi zamanı alman nasistlərinin qətlinə və vəhşiliklərinə görə yəhudilərdən bağışlanmalarını istəyib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Spiegel” yazıb.

Varşavada gettosu üsyanının 80-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxış edən Ştaynmayer bildirib ki, Avropada belə bir şey bir daha təkrarlanmamalıdır. Eyni zamanda, o, Almaniyanın Ukraynaya hərbi dəstəyinin sarsılmaz olduğunu da əlavə edib:

“Almanlar Avropa yəhudilərini, Varşava yəhudilərini sözlə ifadə edilməyəcək qəddarlıqla, insanlıqdan kənar təqib edir, əsarət altına alır və öldürürdülər. Mən bu gün qarşınızda durmaqla almanların burada törətdiyi cinayətlərə görə bağışlamanızı diləyirəm”, - Ştaynmayer bildirib.

QAZİLER.AZ

Diaspora