“Ukrayna Silahlı Qüvvələrinin qərbə məxsus zirehli maşınlarında ağ ox şəklində yeni taktiki işarə müşahidə edib”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Rusiya baharının hərbi müxbirləri” Telegram kanalı məlumat yayıb.
Məlumatda Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş əcnəbi tankda yeni taktiki simvol – ağ ox təsvir edilən video və fotomateriallar dərc edib. Kanal qeyd edir ki, yeni nişanlar Ukraynanın mümkün əks hücumu üçün nəzərdə tutulan zirehli maşınlara tətbiq oluna bilər.
Telekanal bildirib ki, müvafiq rəqəmlərlə simvollar Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasının Amerikanın “Bradley” piyada döyüş maşınlarında və Sloveniyanın “M-55S” tanklarında aşkar edilib.
QAZİLER.AZ