Meksika prezidenti Pentaqonu casusluqda ittiham etdi

Meksika prezidenti Pentaqonu casusluqda ittiham etdi backend

Meksika prezidenti Andres Manuel Lopez Obrador Pentaqonu Meksika hökumətinə casusluq etməkdə ittiham edərək, milli təhlükəsizliyin qorunması üçün donanma və Müdafiə Nazirliyinə aid məlumatların qorunacağını bəyan edib.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, mövzu ilə bağlı Pentaqonun verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin Meksika donanması və ordusu ilə güclü əməkdaşlığa malik olduğu bildirilib və nazirliyə bağlı qurumların bu problemləri müzakirə etdiyi qeyd edilib.

Digər tərəfdən, Meksika mərkəzli insan haqları təşkilatı Centro Prodh tərəfindən dünən edilən açıqlamada, keçən il İsraildə yerləşən “NSO Group” tərəfindən hazırlanmış “Pegasus” casus proqramı ilə iki işçinin telefonlarının hədəf alındığı bildirilib.

QAZİLER.AZ

Diaspora