Finlandiyadakı NATO hərbi bazası ölkənin qərbində yerləşdirilə bilər

Finlandiyadakı NATO hərbi bazası ölkənin qərbində yerləşdirilə bilər backend

Kauhava şəhəri NATO bazasına çevrilmək istəyir. Şəhər şurasının yekdil rəyi belədir ki, Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına Kauhavada baza yaratmağı təklif etməlidir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, şəhər meri Vesa Rantala bunu şəhərin Baltikyanı, Baltik dənizi və bütün Skandinaviya ölkələri baxımından əlverişli mövqedə yerləşməsi ilə əsaslandırır, həmçinin qeyd edir ki, 2015-ci ilə qədər Kauhavada Finlandiyada yeganə hərbi aerodrom fəaliyyət göstərirdi, 

Eyni zamanda, NATO-nun Finlandiyadakı bazaları ilə bağlı hələlik heç bir qərar verilməyib. Ekspertlərin fikrincə, ölkədə alyansın daimi bazasının yaranması ehtimalı azdır.

QAZİLER.AZ

Diaspora