Estoniya polisi mayın 9-da “düşmən simvollarına” sərt cavab verəcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə Estoniyanın ERR portalı məlumat yayıb.
"Estoniyada mayın 9-da həlak olanların xatirəsinin yad edilməsinə qadağa qoyulmayacaq, lakin hüquq-mühafizə orqanları “düşmən simvollarının” nümayişinə və müharibə təbliğatına sərt reaksiya verəcək", - deyə İda-Xaryusk polis idarəsinin rəisi Rocer Kumm bildirib.
“Estoniya polisi ölənlərin xatirəsinin anılmasını qadağan etmir. Qəbiristanlıqda baş əyib gül qoya bilərsiniz, ancaq anım mərasimi nifrət yaratmaq üçün istifadə edilməməlidir”, - deyə polis rəisi bildirib.
QAZiİLER.AZ