Tatarıstan rəhbəri Moldovaya buraxılmayıb

Tatarıstan rəhbəri Moldovaya buraxılmayıb backend

Tatarıstanın rəhbəri Rüstəm Minixanov bazar ertəsi Moldovaya buraxılmayıb. O, Qaqauziyanın muxtar ərazi qurumunda keçirilən tədbirdə iştirak etməyi planlaşdırırdı.

Qaziler.az bildirir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçan “Newsmaker” nəşrinə verdiyi açıqlamada deyib.

"Bazar ertəsi, bəzilərinin özünü dindar hesab edən 4 nəfər şəxs yerli siyasətə və seçkilərə qarışmaq üçün Kişinyova gəlmək istəyiblər. Müvəqqəti olaraq deputat olan vətəndaşlar bura Ukraynada insanları, uşaq və qadınları öldürməyə kömək edən insanları bura dəvət edirlər. Onların burada axtara biləcəyi heç nə yoxdur. Moldovanı bu vəhşiliklərlə əlaqələndirmək olmaz", - deyə o bildirib.

Moldovanın baş naziri hakimiyyətin heç kimin ölkənin daxili işlərinə qarışmasına imkan verməyəcəyini vurğulayıb və o, həmçinin Rusiya səfirliyinin nümayəndələrini Kişinyov hava limanında akkreditasiyadan məhrum etməyi tələb edib.

QAZİLER.AZ

Diaspora