Rusiya kəşfiyyat aparır və Şimali Avropa sularında təxribat hazırlaya bilər - Araşdırma

Rusiya kəşfiyyat aparır və Şimali Avropa sularında təxribat hazırlaya bilər -  Araşdırma backend

Rusiya Şimali Avropa ölkələrinin sularında kəşfiyyat aparır. Rusiya hərbçiləri enerji infrastrukturu obyektlərində təxribat hazırlaya bilər.

Bu barədə Qaziler.az DK-ya istinadən xəbər verir.

Danimarka, Norveç, İsveç və Finlandiyanın ictimai yayımçıları Rusiyanın Baltik və Şimal dənizlərindəki fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırma aparıblar. Analitiklər radio trafiki və Skandinaviya ölkələri ətrafında Rusiya gəmilərinin yeri haqqında məlumatları araşdırıblar.

Belə ki, Danimarka, Norveç, Finlandiya və İsveç ətrafındakı sularda çoxlu sayda Rusiya gəmisi var. Rusiya Federasiyasının rəsmi məlumatlarına görə, onlar dənizin dibini öyrənirlər. Lakin ekspertlər hesab edir ki, xüsusi texnikanın köməyi ilə ruslar bu ölkələrin infrastrukturu haqqında məlumat axtarırlar.

Bu cür məlumatlar Rusiya Federasiyasına külək stansiyalarında, qaz kəmərlərində və rabitə kabellərində təxribat hazırlamağa kömək edəcəkdir. Ekspertlərin fikrincə, Rusiya Şimal-Qərbi Avropada elektrik enerjisinin paylanmasını da sabotaj edə bilər.

QAZİLER.AZ

Diaspora