Hələlik Çinin Rusiyaya silah verdiyinə dair heç bir sübut yoxdur - NATO baş katibi

Hələlik Çinin Rusiyaya silah verdiyinə dair heç bir sübut yoxdur -  NATO baş katibi backend

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hələlik Çinin Rusiyaya öldürücü hərbi yardım göstərdiyinə dair heç bir sübut yoxdur.

Qaziler.az bildirir ki, bu barədə  CNN xəbər verir.

“Biz vəziyyəti çox diqqətlə izləyirik və hələ ki, Çinin Rusiyaya öldürücü hərbi yardım göstərdiyinə dair heç bir sübut görməmişik”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-nun münasibəti çox aydındır və Çin lideri Si Cinpinin Rusiya diktatoru Vladimir Putinin qeyri-qanuni müharibəsini dəstəkləməsi böyük səhv olardı.

QAZİLER.AZ

 

Diaspora