İsveçin baş naziri Ulf Kristersson ölkə olaraq hazırda çox təhlükəli vəziyyətdə olduqlarını və İsveçin NATO-ya daxil olmasının Türkiyənin qərarından asılı olduğunu bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İsveçin baş naziri hazırda ölkəsinin NATO-ya daxil olması üçün hər şeyin Türkiyədən asılı olduğunu bildirib.
Kristersson: "NATO-da olmadığımız üçün kədərimizi də dilə gətirdim. Hazırda ölkə olaraq çox təhlükəli bir vəziyyətdə yaşayırıq, bunu anlamaq vaxtıdır. İndi bu, tamamilə Türkiyəyə bağlıdır və mən Türkiyənin qərarına böyük hörmətlə yanaşıram", - deyə bildirib.
"1 iyunda qüvvəyə minəcək terror qanunu var, o zaman Türkiyəyə verdiyimiz sözləri yerinə yetirmiş olacağıq” , -deyə baş nazir əlavə edib.
QAZİLER.AZ