Ukraynanın müdafiə naziri Oleksey Reznikov Ukrayna ordusunun aldığı Fransanın AMX-10 “təkərli tanklarını” nümayiş etdirib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, o bu barədə tvitter hesabında paylaşıb:
“Döyüşçülərimizlə gəzintiyə çıxdıq və biz “AMX-10”u “sürətli təkərlər üzərində olan snayper tüfəngi” adlandırmağa qərar verdik”, - Reznikov yazıb.
Reznikov fransalı həmkarı Sebastyan Lekornuya, Fransa prezidenti Emmanuel Makrona və bütün fransız xalqına təşəkkür edib.
QAZİLER.AZ