Avropa Parlamenti 3 ölkəni Rusiyaya kömək etməkdə ittiham edib

Avropa Parlamenti 3 ölkəni Rusiyaya kömək etməkdə  ittiham edib backend

Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası Slovakiya, Macarıstan və Polşanı Rusiyaya kömək etməkdə ittiham edib

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə  partiyanın bəyanatında qeyd edilib.

Avropa Xalq Partiyası belə bir nəticəyə bu ölkələrin Ukraynadan taxıl idxalına qadağa qoyması ilə əlaqədar gəliblər.

"Ukraynanı zəiflədən heç nə etməyin. Ukrayna taxılının Afrikaya çatmasına əmin olun. AB qanunlarını pozan birtərəfli hərəkətlər etməyin. Bu, Avropa Xalq Partiyası  Polşa, Macarıstan və Slovakiya hökumətlərinə müraciətidir”, - bəyanatda deyilir.

QAZİLER.AZ

Diaspora