ABŞ ordusunda muzdlu qatil aşkarlanıb - FOTO

ABŞ ordusunda muzdlu qatil aşkarlanıb - FOTO backend

ABŞ-ın Tennessi Hava Milli Qvardiyasının əsgəri “Rent-a-Hitman” saytında iş üçün müraciət etdikdən sonra həbs edilib.

Qaziler.az BBC-yə istinadla xəbər verir ki, məhkəmə sənədlərinə görə, 21 yaşlı Josiah Ernesto Garcia ailəsini dolandırmaq üçün pula ehtiyacının olduğunu, ona görə də muzdlu qatil işinə başladığını deyib. 

Sözügedən sayt ilk olaraq 2005-ci ildə kibertəhlükəsizlik şirkətini reklam etmək üçün yaradılıb və nüfuzdan düşdükdən sonra muzdlu katil olmaq üçün müraciət edənlərin saytına çevrilib.

FTB-nin məlumatına görə, Qarsia fevralın ortalarında öz CV-sini bu saytda yerləşdirərək, hərbi təcrübəsini və tüfənglə işləmə bacarıqlarını qeyd edib.

“CBS News” Qarsiyanın 2021-ci ilin iyulunda orduya qatıldığını müəyyən edib. Müraciət etdikdən sonra Qarsiya cavab almadığı üçün yenidən saytla əlaqə saxlayıb. Bundan sonra sayt FTB-ni sözügedən durumla bağlı məlumatlandırıb və FTB-nin göstərişlərinə uyğun cavablar yazmağa başlayıb.

FTB-nin məlumatına görə, Qarsiya məxfi agentin 5000 dollar müqabilində kimisə öldürmək təklifini qəbul edib və bunu onların tezliklə doğulacaq övladının qayğısına qalmaq üçün edəcəyini deyib. Daha sonra bir agent onunla parkda görüşüb və öldürmək istədiyi şəxs haqqında məlumatın olduğunu paketi və 2500 dollar verib. Tennessi prokurorluğunun mətbuata verdiyi məlumata görə, şərtlərlə razılaşdıqdan sonra, Qarsiya cəsədin fotosuna ehtiyacın olub-olmadığını soruşub. Daha sonra o, həbs edilib və evində axtarış aparılıb. Hüquq-mühafizə orqanları evində yarı avtomatik silah da aşkar ediblər. Təqsirli bilinərsə, Qarsiyanı 10 ilə qədər həbs cəzası gözləyir.

QAZİLER.AZ

Diaspora