“Çağırışçılar yaxınları ilə əlaqə saxlamaq üçün kamerasız, düyməli telefonlardan istifadə edə bilərlər”.
Qaziler.az xəbər verir ki, bunu Moskvanın hərbi komissarı, polkovnik Maksim Loktev TASS-a bildirib.
Onun sözlərinə görə, onlayn setə çıxışı olmayan qadcetin xidmətə aparılmasına icazə veriləcək.
“Çağırışçılar mobil telefondan istifadə edib yaxınlarına zəng edə bilərlər, bir şərtlə ki, mobil telefon düyməli olsun, lakin videokamerası və internetə çıxışı olmasın”, deyə Loktev qeyd edib.
QAZİLER.AZ