“ABŞ Ukraynaya tədarük edilən silahların Rusiyaya qarşı zərbələr endirmək üçün mümkün istifadəsindən narahatdır”.
Qaziler.az xəbər verir ki, bu barədə pentaqonun rəhbərinin müavini Kolin Kahl "Foreign Policy"yə müsahibəsində bildirib.
Müdafiə nazirinin siyasi məsələlər üzrə müavininin sözlərinə görə, Ağ Ev Kiyevi dəstəkləmək üçün əlindən gələni etsə də, Birləşmiş Ştatlar münaqişəyə birbaşa daxil olmaqda, həmçinin onun üçüncü dünya müharibəsinə çevrilməsində maraqlı deyil. O, ABŞ prezidenti Co Baydenin bunu açıq şəkildə ifadə etdiyini vurğulayıb:
“Təqdim etdiyimiz avadanlığın Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün istifadə oluna biləcəyindən narahat olduğumuzu bildirdik”, – Kahl bildirib.
QAZİLER.AZ