Rusiya Dövlət Dumasının deputatı Yana Lantratova Baş Prokurorluqdan reper Jah Khalibin konsertlərinə qadağa qoyulmasını istəyib.
Qaziler.az xəbər verir ki, bu barədə parlamentarinin sorğularının surətləri “RİA Novosti”də dərc olunub.
Dövlət Dumasının təhsil komitəsi rəhbərinin birinci müavini Yana Lantratova reper Jah Khalibin konsertlərinə qadağa qoymağa çağırıb. Baş Prokurorluğa, Moskva merinə və Sankt-Peterburq qubernatoruna müvafiq müraciətlər göndərilib. Mümkün qadağaya səbəb musiqiçinin vətəndaş mövqeyi olub. Lantratovanın bəyanatına görə, reper Ukrayna Silahlı Qüvvələrini dəstəkləyir.
Qeyd edək ki, əsl adı Bəxtiyar Məmmədov olan Jah Khalib 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə qazaxdır.
QAZİLER.AZ