Rusiyada Hindistan istehsalı olan avtomobillər satılacaq

Rusiyada Hindistan istehsalı olan avtomobillər satılacaq backend

“Rusiya Hindistandan avtomobillərin tədarükünü müzakirə etməyə hazırdır, lakin hələlik bu barədə heç bir təklif gəlməyib”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib.

Rəsminin sözlərinə görə, Hindistan brendlərinin Rusiya avtomobil bazarına daxil olması ilə bağlı danışıqlar artıq aparılır.

“Biz müzakirə etməyə hazırıq. Hələlik belə təkliflər daxil olmayıb. Bilirəm ki, belə söhbətlər var, amma hələlik bizim üçün konkret heç nə açıqlanmayıb”, - Manturov bildirib.

QAZİLER.AZ

Diaspora