ABŞ səlahiyyətliləri Nyu-Yorkda gizli Çin polis idarəsini aşkarlayıb və onun iki əməkdaşını həbs ediblər.
Qaziler.az-ın məlumatına görə, bu barədə “nyus.ru” ABŞ Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir.
Nazirliyin brifinqdəki sözçüsü Bronksdan olan 61 yaşlı "Harri" Lu Jianvanq və Manhettendən olan 59 yaşlı Çen Cinpinqin saxlanıldığını və Çin İctimai Təhlükəsizlik Nazirliyinin qeyri-qanuni şöbəsini açmaqda ittiham olunaraq mühakimə olunacağını söyləyib.
QAZİLER.AZ