ABŞ-ın Suriyada məhv etdiyi İŞİD liderinin kimliyi açıqlanmayıb

ABŞ-ın  Suriyada məhv etdiyi İŞİD liderinin kimliyi açıqlanmayıb backend

Amerika helikopterinin reydi zamanı Suriyanın şimal-şərqində İŞİD liderlərindən birini məhv edilib.

Verilən məlumata görə, terrorçu Yaxın Şərq və Avropada hücumların planlaşdırılmasında iştirak edir.

Qaziler.az xarici mətbuata istinadən yazır ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Co Buççino deyib.

"Biz hesab edirik ki, basqın nəticəsində Yaxın Şərq və Avropada terror hücumlarının planlaşdırılmasına cavabdeh olan Suriyadakı yüksək vəzifəli İŞİD lideri öldürülüb", - Buccino bildirib.

Məhv edilən İŞİD rəhbərin kimliyi açıqlanmayıb. Həmçinin hücum zamanı daha iki silahlı şəxs öldürülüb.

Heç bir ABŞ hərbçisi xəsarət almayıb və helikopterlərin heç biri vurulmayıb.

QAZİLER.AZ

Diaspora