İsrail ordusu şənbə günü axşam Suriyadan üç raket atıldığını qeydə alıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, onlardan biri İsrail ərazisinə keçirərək, Qolan təpələrində yaşayış olmayan əraziyə düşüb.
Ordudan bildiriblər ki, bu raketlərin dəf edilməsində hava hücumundan müdafiə qüvvələri iştirak etməyib.