Meksikada 43 tələbəni oğurlamış şəxs tutuldu

Meksikada 43 tələbəni oğurlamış şəxs tutuldu backend

Meksika polisi 11 ay əvvəl İquala şəhərində 43 tələbəni oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Animal Politico” nəşri məlumat yayıb.

Meksika polisi 11 ay əvvəl İquala şəhərində 43 tələbəni oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Animal Politico” nəşri məlumat yayıb.

“Hil” ləqəbli Hildardo Lopes Astudilyo Qerrero ştatının Tasko şəhərində saxlanılıb.

Gizləndiyi müddətdə Astudilyo azı üç dəfə yaşayış yerini dəyişib.

Cinayət işi üzrə saxlanılan şəxslər məhz Hildardo Lopes Astudilyonun əsas icraçı olduğunu bildiriblər.

Qeyd edək ki, sentyabrın 26 polis cinayətkarlarla birlikdə tələbələrin etiraz aksiyasına silahlı hücum edib. İnsident nəticəsində 6 tələbə hadisə yerində ölüb, 43 nəfər isə itkin düşüb. Sonradan şəhər ətrafında şəxsiyyəti müəyyənləşdirilməyən 28 nəfərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.

Bundan başqa, İquala polisi ilə əlaqəli olan iki qrup muzdlu qatil 43 tələbədən 17-ni qətlə yetirdiyini etiraf edib.
Diaspora