Bayden ikinci müddətə namizəd olmaq qərarını tezliklə açıqlayacağını bildirib

Bayden ikinci müddətə namizəd olmaq qərarını tezliklə açıqlayacağını bildirib backend

ABŞ lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərarını artıq verdiyini bildirib.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin bununla bağlı sualına cavabında bildirib.

"Mən artıq bu hesablamaları etmişəm. Tezliklə elan edəcəyik. Mən sizə demişdim ki, planım yenidən namizəd olmaqdır", - deyə C.Bayden bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Keçmiş dövlət başçısı Respublikaçı Donald Tramp 2022-ci ilin noyabrında ölkədə ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu elan edib.

 

 

Diaspora