Makron pensiya islahatı barədə qanun layihəsini imzalayıb

Makron pensiya islahatı barədə qanun layihəsini imzalayıb backend

Fransa Prezidenti Emmanuel Makron pensiya islahatına dair qanununu imzalayıb.

QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə sənəd şənbə günü Fransa Respublikasının rəsmi qəzetində dərc olunub.

Yeni qanuna görə, minimum pensiya yaşı 62-dən 64-ə qaldırılıb.

Qeyd edək ki, ölkəni pensiya islahatı barədə qanunun qəbuluna qarşı kütləvi etiraz dalğası bürüyüb. Dünən Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.

 

 

 

 

Diaspora