Monteneqro hava məkanını Kosovo paytaxtının Priştina Beynəlxalq Hava Limanından uçan mülki təyyarələrin istifadə etməsinə icazə verib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Monteneqronun Baş naziri Dritan Abazoviçin Kosovoya səfəri çərçivəsində bu ölkənin Baş naziri Albin Kurti ilə müvafiq saziş imzalanıb.
D.Abazoviç bildirib ki, açıq hava dəhlizi haqqında sazişin imzalanması çox vacibdir. Çünki bu, mülki təyyarələr üçün maneəsiz uçuşlar həyata keçirməyə imkan verir və hava yolu ilə səyahət edən bütün sərnişinlərin xeyrinə olacaq.
Qeyd edək ki, bu vaxtadək hava dəhlizindən yalnız NATO-nun hərbi təyyarələrinin istifadə etməsinə icazə verilirdi.