ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində il ərzində gündə beş dəfə səsgücləndirici ilə açıq şəkildə azan oxunmasına icazə verilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Minneapolis Şəhər Şurası bu qərara yekdilliklə səs verib.
Parlament Ramazan ayında keçirilən səsvermə ilə şəhərin səs-küy tənzimləməsindəki, xüsusilə səhər və gecə azanının açıq şəkildə səslənməsinə mane olan müvafiq məhdudlaşdırıcı maddələri dəyişdirib.
Səsverməni izləyən şəhərin Nur məscidinin imamı Mohammed Dukulfi, “Minneapolis indi bütün dinlər üçün bir şəhərə çevrilib”, - deyib