Rusiya prezidenti Vladimir Putin Qırmızı Kitaba düşən bitki və göbələklərin məhv edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu imzalayıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 260-cı maddəsi indi xüsusilə qiymətli bitkilərin və göbələklərin böyüməsini dayandıracaq dərəcədə qəsdən məhv edilməsi və ya zədələnməsi üçün məsuliyyət nəzərdə tutur.
Qanun həmçinin sadalanan göbələk və bitkilərin qanunsuz alınmasını və ya satışını qadağan edir.
QAZİLER.AZ