Zaxarova Finlandiya səfirliyində şübhəli məktubları alanların adlarını açıqlayıb

Zaxarova Finlandiya səfirliyində şübhəli məktubları alanların adlarını açıqlayıb backend

“İçərisində naməlum maddə olan şübhəli zərflər Finlandiya səfirliyinin attaşesinə və onun köməkçilərinə ünvanlanıb”.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, aydınlaşdırıb ki, zərflərdən birini açdıqdan sonra fin diplomatları hər üç məktubu Rusiya hüquq-mühafizə orqanlarına veriblər.

O vurğulayıb ki, Finlandiya səfirliyinə insidentin öyrənilməsinin nəticələri barədə məlumat veriləcək.

QAZİLER.AZ

Diaspora