Fransada martın 16-da başlayan kütləvi nümayişlər hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra davam edirdi.
Qaziler.az xatırladır ki, ölkənin bir çox yerində nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq yaşanır.
Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
Müxalifət və iqtidar islahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Şurasına müraciət etmişdi.
Ölkədə 3 aydır gündəmin ən vacib məsələsinə çevrilən islahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən edəcək Konstitusiya Şurasının qərarı açıqlanıb. Konstitusiya Şurasının bəyanatına görə, şura hökumətin mübahisəli pensiya islahatının konturlarını təsdiqləyib. Belə ki, şura qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiq etsə də, islahatla bağlı 6 maddəni tamamilə və ya qismən rədd edib.
Bundan əlavə, şura deputatların pensiya islahatının referenduma çıxarılması ilə bağlı tələbini də rədd edib.
Mənbə:ensonhaber.com
QAZİLER.AZ