Alyaskada itmiş it 240 kilometr aralıda tapılıb.
Amerikanın Alyaska ştatının Qambell şəhərindən olan bir yaşlı Avstraliya ovçarkası Berinq dənizinin buzları üzərində 240 kilometr yol qət etmiş, suiti və ya qütb ayısı tərəfindən dişlənmiş, lakin sağ-salamat tapılaraq vətənə qayıdıb.
Qaziler.az bildirir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Nanuk adlı itin sahibi və onun ailəsi Berinq boğazındakı Müqəddəs Lavrenti adasına səyahətə çıxıb. Səfər zamanı Nanuk Starlayt ləqəbli itlə birlikdə itib. Starlayt tezliklə qayıdıb gəlsə də Nanuk tapılmayıb.
Onun yoxa çıxmasından bir ay sonra Savunqdan 240 kilometr şimal-şərqdə yerləşən Uels şəhərinin sakinləri qəsəbədə peyda olan itin fotolarını internetdə yerləşdirməyə başlayıblar. Sahibi həmin fotolardan Nanuku tanıyıb.
“Onun niyə Uelsə getdiyi barədə heç bir fikrim yoxdur. Ola bilsin ki, ov edərkən buz yerindən tərpənib. Əminəm ki, o, suiti qalıqları yeyib və ya suiti tutub. Nanuk milli yeməklərimizi yeyir. O, ağıllıdır”, - deyə itin sahibəsi bildirib.
Qadın itini regional daşıyıcı təyyarə ilə Qambbelə qaytarmaq üçün hava yollarından istifadə edib. Nanuk pəncəsi şişmiş və üzərində iri heyvanın dişləmə izləri ilə tapılıb. Heyvanın sahibi Nanukun canavar, suiti və ya kiçik qütb ayısı tərəfindən dişləndiyini bildirib.
QAZİLER.AZ
