Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı etirazlar zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisələr zamanı 11 nəfər yaralanıb, 47 nəfər isə saxlanılıb.
Etiraz aksiyaları bir çox şəhərlərdə, eləcə də Paris, Nant, Renn və Tuluzada keçirilib.
Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına qədər yürüş ediblər.
Əllərində "Fransa prezidenti Emmanuel Makronu təqaüdə göndərək" yazılmış plakatlar tutan etirazçılar "İşçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün buradayıq", "Paris, ayağa qalx" və "Makron, səni evindən götürəcəyik" şüarları səsləndiriblər.
QAZİLER.AZ


