“Vaşinqton Kiyevi münaqişəni sona çatdırmaq üçün real məqsədlərə doğru yardımını tənzimləməlidir”.
Qaziler.az xəbər verir ki, bu barədə keçmiş prezident Ronald Reyqanın xüsusi köməkçisi Duq Bandou “The American Conservative” jurnalında yazıb. Onun fikrincə, sabitlik o zaman əldə olunacaq ki, Rusiya nizamlanmanın əsas məqsədlərinə uyğunluğuna inansın:
“Amerika üçün bu münaqişənin əsas məqsədi Ukraynanın müstəqilliyini qorumaq olmalıdır. ABŞ-ı ölkənin yekun sərhədləri və ya hərbi statusu az maraqlandırır. Mövcud münaqişənin həlli Avropanın müdafiəsi üçün məsuliyyətin Avropanın üzərinə atılmasında mühüm addım olmalıdır. Bu, Ukraynanı NATO-ya daxil etməmək və Kiyevə ayrıca hərbi təminat verməmək deməkdir”, - deyə nəşrdə qeyd edilib.
QAZİLER.AZ