Finlandiyanın Moskvadakı səfirliyinə içində ağ toz olan məktub göndərilib

Finlandiyanın Moskvadakı səfirliyinə içində ağ toz olan məktub göndərilib backend

Finlandiyanın Rusiyadakı səfirliyinə içində ağ toz paketi olan üç məktub göndərilib.

Qaziler.az xəbər verir ki, bu barədə "REN TV" mənbəyə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, zərflər aprelin 13-də günorta saatlarında Kropotkinski zolağında diplomatik nümayəndəliyin poçt qutusunda aşkar edilib.

Zərflərdən aşkar edilən maddə götürülərək ekspertizaya göndərilib. Mənbə bildirib ki, faktla bağlı araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora