Texnologiya nəhəngi LG loqosunu dəyişdi

Texnologiya nəhəngi LG loqosunu dəyişdi backend

Son zamanlar bir çox avtomobil istehsalçıları elektromobillərə keçidin davam etdiyi bir vaxtda yeni loqolar hazırlayırlar. Artıq bu dəyişikliyi texnologiya şirkətlərində də görmək mümkündür.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, texnologiya nəhəngi LG də yenilənmiş brend loqosunu açıqlayıb. Şirkətin 'L' və 'G' hərflərindən ibarət olan 'Life's Good' şüarı indi minimalist dizayna malikdir.

LG-nin alışdığımız simvol işarəsini, qırmızı və ağ rəngləri saxladığını görürük. Bununla belə, yeni loqo daha açıq qırmızı ton və yeni şriftlərlə iki ölçüdə diqqət çəkir.

LG yeni brend kimliyi ilə daha geniş auditoriyaya çatmağı və imicini gücləndirməyi planlaşdırır.

Yeni loqonun nə vaxt təqdim ediləcəyi hələlik açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora