Polşa Almaniyadan MiQ-29-u Ukraynaya vermək üçün icazə istəyir - DPA

Polşa Almaniyadan MiQ-29-u Ukraynaya vermək üçün icazə istəyir -  DPA backend

Polşa Almaniya hökumətinə MiQ-29-ların Ukraynaya çatdırılmasına icazə verilməsi xahişi ilə müraciət edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, söhbət Berlinin Varşavaya təhvil verdiyi Almaniya Demokratik Respublikasının köhnə hərbi ehtiyatlarından olan təyyarələrdən gedir.

Bu barədə RBC-Ukrayna Almaniyanın DPA və Der Tagesspiegel nəşrlərinə istinadən xəbər verir.

“Polşa Almaniyanın Federal Hökumətinə Ukraynaya sovet tipli döyüş təyyarələrinin verilməsinə icazə tələbi ilə müraciət edib”, - KİV yazır.

Xüsusilə, DPA nəşri hökumət dairələrindəki mənbələrə istinadən yazır ki, müvafiq məktub artıq Berlində qəbul edilib.

QAZİLER.AZ

Diaspora