“Microsoft” şirkəti ilə Kanadanın Toronto Universitetinə bağlı “Citizen Lab” tərəfindən dərc edilən iki hesabatda İsrailin casus proqramı “QuaDream”in bir çox ölkədə jurnalistlərin, qeyri-hökumət üzvlərinin və aktivistlərin telefonlarındakı məlumatların şirkət tərəfindən hazırlanmış proqram təminatı ilə icazəsiz əldə edildiyi bildirilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, araşdırmada İsraildə yerləşən “QuaDream” şirkətinin“Reign” adı ilə bazara çıxardığı proqram təminatının insanların “iPhone” telefonlarına çıxış təmin etdiyi müəyyən edilib.
“Citizen Lab” təşkilatı “Microsoft” Təhdid Kəşfiyyat Birliyinin onlarla paylaşdığı bəzi nümunələrin təhlili əsasında Şimali Amerika, Orta Asiya, Cənub-Şərqi Asiya, Avropa və Yaxın Şərqdə qurbanların müəyyən edildiyini açıqlayıb.
Qurumun hesabatında telefonları ələ keçirilənlərin jurnalistlər, siyasi müxalifət xadimləri və qeyri-hökumət təşkilatlarının əməkdaşları olduğu bildirilib.
QAZİLER.AZ