Polşa və Rumıniyada yerləşən ABŞ hərbi qulluqçularına rus qoşunlarına ilk hücum etməmək barədə dəqiq göstəriş verilib.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikalı jurnalist Seymur Herş “Substack” platformasındakı səhifəsində bildirib.
O, qeyd edib ki, iki briqadanın ümumi gücü 20 mindən çox döyüşçü ola bilər. Jurnalist onların yerləşdirilməsinin "az məlum olduğunu və nadir hallarda müzakirə olunduğunu" vurğuladı.
“82-ci hava-desant diviziyasının briqadası Ukrayna sərhədindən bir neçə mil aralıda Polşadakı bazada fəal şəkildə təlim keçir və məşq edir. Keçən il o, Rumıniyada dislokasiya olunmuş 101-ci hava-desant diviziyasının briqadası tərəfindən gücləndirilib. Hərbi əməliyyatlların qaydalarında deyilir ki, bizim uşaqlar hücuma məruz qalmayana qədər onlar ruslara ilk hücum edə bilməzlər”, - deyə jurnalist yazıb.
QAZİLER.AZ