Rusiyada məktəblilərə pilotsuz təyyarələrin yığılması öyrədiləcək

Rusiyada məktəblilərə pilotsuz təyyarələrin yığılması öyrədiləcək backend

Kosmonavtika Günündə Moskvada Moskva Maliyyə-Hüquq Universitetinin bazasında məktəblilərin pilotsuz uçan aparatların hazırlanması, layihələndirilməsi və proqramlaşdırılması prinsiplərini öyrənə biləcəkləri "Naukograd" uşaq texnoparkı açılıb

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda Moskva meri Sergey Sobyanin məlumat verib. Layihəyə əsasən, tələbələr İHA-nın modelləşdirilməsi və montajının tam istehsal dövrünü mənimsəyəcəklər.

Mer qeyd edib ki, paytaxtda artıq 20-dən çox uşaq texnoparkı fəaliyyət göstərir ki, onların da tərkibinə onlarla universitet və yüksək texnologiyalı müəssisə daxildir.

QAZİLER.AZ

Diaspora