Aprelin 12-də Almaniya Hərbi Dəniz Qüvvələrinin R-3C "Orion” baza patrul təyyarəsi Rusiyanın dövlət sərhədlərinə yaxınlaşıb. Rusiya sərhədinin pozulmasının qarşısını almaq üçün “Su-27” qırıcısı havaya qaldırılıb
Qaziler.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi öz teleqram kanalında məlumat yayıb. Qeyd edilib ki, Almaniyaya məxsus təyyarə Baltik dənizi üzərində uçub.
“Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması üçün Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus “Su-27” qırıcısı havaya qaldırılıb”, məlumatda bildirilib.
Daha sonra hərbi idarə, Almaniyanın patrul təyyarəsi tərəfindən Rusiya Federasiyasının dövlət sərhədinin pozulmadığı bildirilib. Tapşırığı yerinə yetirdikdən sonra “Su-27” baza aerodromuna qayıdıb.
QAZİLER.AZ