Rusiya XİN xaricə səfər edən vətəndaşlarına xəbərdarlıq etdi

Rusiya XİN xaricə səfər edən vətəndaşlarına  xəbərdarlıq etdi backend

Rusiya Xarici İşlər Nazirliyi ruslara dost olmayan ölkələrə səfərlər planlaşdırarkən xüsusilə diqqətli olmağı tövsiyə edib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın geniş şərhindən qeyd edilib.

O, əlavə edib ki, ABŞ dövlət katibi Entoni Blinken və digər rəsmilərin həmvətənlərini Rusiyanı dərhal tərk etməyə çağırmaları “ikiüzlü və birmənalı deyil”.

“Rusiya Xarici İşlər Nazirliyinin vətəndaşlarımıza xaricə, xüsusən də qeyri-dost ölkələrə səfərlər planlaşdırarkən ehtiyatlı olmağı tövsiyə etmək üçün bütün əsasları var”, - nazirliyin saytında deyilir.

QAZİLER.AZ

Diaspora