Ruslar ukraynalıları və sivil dünyanı hərbçinin edamını əks etdirən videonun köməyi ilə qorxuda bilmədi. Bunun əks təsiri oldu.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki. bu barədə Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Tvitter hesabında yazıb.
Дипломат отметила, что не смотрела видео с казнью защитника Украины, чтобы "не иметь еще одного повода не спать ночью".
Diplomat bildirib ki, "gecələr yatmamağa səbəb ola biləcək daha bir səbəbin olmaması üçün" ukraynalı hərbçinin edamı ilə bağlı videonu izləməyib.
"Bu, Ukraynaya qarşı cinayətlərinə görə Rusiyaya qarşı irəli sürülməli olan ittihamların siyahısını artırır. Əgər onun (video - red.) məqsədi kimisə qorxutmaq idisə, bunun əksi oldu", - Simmons vurğulayıb.
Xatırladaq ki, dünən, aprelin 11-də sosial şəbəkələrdə rus işğalçıları tərəfindən həyata keçirilən ukraynalı əsgərin vəhşicəsinə edamını əks etdirən video yayımlanmışdı.
QAZİLER.AZ
