Kanadanın yeni hərbi yardım paketinə 21 min avtomat, 38 pulemyot və 2,4 milyondan çox patron daxil olacaq.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Kanada Ukraynaya pulemyot və sursatdan ibarət yeni hərbi yardım paketi verəcək.
Bu barədə Kanadanın baş naziri Castin Trüdo ukraynalı həmkarı Denis Şmıxalla keçirdiyi birgə brifinqdə bildirib.
Trüdo qeyd edib ki, Kanada artıq bir ildən çoxdur ki, Ukraynaya hərbi yardım edir - tanklar, zirehli transportyorlar, döyüş sursatları və digər silahlar verir.
"Bu gün biz elan edirik ki, daha da çox silah olacaq. Ukraynaya 21 min avtomat, 38 pulemyot və 2,4 milyondan çox patron göndəririk. Bu, Ukrayna Silahlı Qüvvələrinə öz azadlıqlarını müdafiə etməyə və ərazi bütövlüyü uğrunda mübarizəyə davam etməyə kömək edəcək”, - Kanadanın baş naziri bildirib.
QAZİLER.AZ