İraqın Süleymaniyyə şəhərində NRT telekanalında işləyən operator Əhməd Əli xidməti vəzifəsini yerinə yetirərkən dağdan yıxılaraq dünyasını dəyişib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, NRT telekanalının xəbərinə görə, Əli aprelin 9-da proqram çəkilişi üçün Süleymaniyyədəki Piremeqrun dağına gedib.
Vəzifəsini yerinə yetirərkən dağdan yıxılaraq həyatını itirən Əlinin çəkiliş üçün getdiyi dağdakı son görüntülərində: “Əgər ayağın bu yüksəklikdən sürüşsə, bu, həyatını itirmə səbəbin olar və həyatın bitər", - deyib.
QAZİLER.AZ